Son vaxtlara qədər ABŞ Ermənistanda gedən siyasi proseslər barədə konkret açıqlamalar vermir, Rusiyanın Cənubi Qafqazdakı forpostunu izafi diqqətlə daha da hürküdüb rəsmi İrəvanda Kremllə meylli siyasəti gücləndirmək istəmirdi.
Ystəlik də Birləşmiş Ştatlardakı erməni diasporu rəsmi Vaşinqtona Ermənistana qarşı sərt addımlar atmağa imkan vermirdi. Daha dəqiq olsaq, Ağ Ev ermənilərin xətrinə dəymək istəmirdi və bu "mehriban himayə" ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ucbatından bir qədər də güclənmişdi.
Davamı...
Durub beynəlmiləlçilik, qardaşlarımız arasında qardaşlıq, bağlılıq, təmaslar, əlaqələr və fəsməkan barədə yazıb nə öz vaxtımı xərcləmək istəməm, nə də sizin başınızı ağrıtmaq. "Sizin" yazanda bu nə mədəni xitab formasıdır, nə də fərdin nəzərə alınmadığı kütləyə üztutma.
Sizin, yəni sən ləzginin, sən avarın, sən saxurun.
Davamı...Davamı...
Britaniyanın "The Daily Mail" qəzetinin dünənki sayının əsas yazısının başlığı belədir.
Beyrutda isə yenə savaş gedir.
Radikal şiə hərəkatı olan "Hizbullah"la parlament çoxluğunun lideri, mərhum baş nazir Rafiq Həririnin oğlu Səadın başçılıq etdiyi "Gələcək Uğrunda Hərəkat"ın sünni yaraqlıları arasında amansız qarşıdurma var.Davamı...
ilə danışıqların bərpasına nail olmaqdır.Davamı...Neft və hüquq. Bu iki anlam Azərbaycanda bir-birlərinə qənim kəsilmiş iki ünsür, həyatı müəyyənləşdirən dominant halına gəlib.
Ölkənin neft ixracından milyardlar əldə olunsa da, adi vətəndaş o pulların həyatına təsir effektini az qala sıfır səviyyəsində görür.
Təbii, neft satışından gələn pullar maaşların artırılması, yolların çəkilməsi, büdcə təşkilatlarında çalışanların rifahının yaxşılaşdırılması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, yeni körpülər və yolayrıclarının tikilməsi və sair və ilaxır (siyahını özünüz davam etdirin) mənalı, məntiqli, gözəl, ölkənin rifahı, firavanlığı, inkişafı, tərəqqisi (yenə də siz davam etdirin) üçün xərclənir.
Davamı...İndi hamı rüşvətxorluqla mübarizədən danışır.
"Rüşvətxorluq! Rüşvətxorluq!" qışqırırlar. Mən də hərdən "Rüşvətxorluq!" deyirəm. Amma sağ əlimi sol ürəyin üstünə qoyaraq etiraf etməliyəm: rüşvətxorların çoxu xeyli həlim, mədəni, tərbiyəli və hətta intellektual adamlardır.
Davamı... "Və sairə", yəni "və s."
Bu kəlməni oxuyur, eşidir, yazır və deyirik.
Tam halda yeddi, qısaldılmış, yəni ixtisar formasında isə üç hərfdən ibarət olan bu kəlmənin dəyəri həddən ziyadə ucuz və olduqca baha ola bilər. Deyənin kimliyi və nədən danışmasından asılı olaraq "və sair"ənin qiyməti heç nədən tutmuş, ağlagəlməz sərvətə qədər artır.
