Reklam verin!
May 17, 2008 11:23 tarixində, Mahatma tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:57

İndi hamı rüşvətxorluqla mübarizədən danışır.

"Rüşvətxorluq! Rüşvətxorluq!" qışqırırlar. Mən də hərdən "Rüşvətxorluq!" deyirəm. Amma sağ əlimi sol ürəyin üstünə qoyaraq etiraf etməliyəm: rüşvətxorların çoxu xeyli həlim, mədəni, tərbiyəli və hətta intellektual adamlardır.


Bəzən hansısa personaжla danışırsan və dəqiq bilirsən ki, qarşında oturan rüşvətxordur. Amma ona hirslənə bilmirsən.

Əsla.

Adam zövqlü kostyumda, boynunda ipək qalstuk, siqaret çəkmir, içki içmir, həftəsonları bulvardakı kortda tennis oynayır, arvadını sevir, məşuqəsinə simiclik etmir, uşaqlarının fotoşəkillərinin iş masasının üstündə saxlayır və hətta Allaha da başqalarının görməsi üçün yox, özü üçün dua edir.

Belə adamlarla hər dəfə görüşəndə beynimi bir sual "Bosch" divardeşəni təki dəlir: axı necə olur ki, bu adamın beynində həzm prosesi ishala dönmür? Axı rüşvətxor, haram yeyən, yaltaqlıq edən, özündən güclüyə əyilib zəifi minən adam, dövlətin və xalqın vücudundakı bu parazit belə fakta necə laqeyd qala bilər...

Mənə beləsinin gözünə tüpürəndə "Tanrının şehi düşdü bəbəyimə" deməsini xatırlatmayın, hər halda psixologiya qanunları xalq müdrikliyindən daha dəqiqdir.

Dünən ikindi saatlarında bir nazir müavini ilə söhbətləşirdim. Yazı hazırlayacaqdım, suallarımı cavablamasını istəyirdim.

Spermatazoiddən nazir müavinliyinədək şərəfli və keşməkeşli həyat yolu keçmiş bu adam sakit təsir bağışlayırdı.

Görünür qəlbində disqarmoniya yoxdur.

Ymumiyyətlə, döş qəfəsinin arxasındakı yumruq boyda o əələ yığını disqarmoniyanı sevmir.

Adam ya oğurluq və rüşvətə qurşanıb özünə olan hörmətini itirməlidir, ya da belə şərəfsizliyinə haqq qazandıracaq, hətta dövlət, planet və əbədiyyət üçün çox sərfəli baxımdan təqdim etməyə imkan verən şirin nəzəriyyə hazırlamalıdır.

Nazir, deputat, polis rəisi, komitə sədrləri və sair və ilaxırlardan bu suala cavab istəmək mənasızdır.

Жurnalistlə səmimilik onların stili deyil.

Buna görə də dünən beş dəqiqəlik də olsa öz xəyalımda rüşvətxor olmaq qərarına gəldim.

Təbii ki, çox böyük rüşvətxor - yoxsa maraqsızdır.

Azərbaycanda жurnalistlərin əksəriyyəti zəif insanlardır. Onlar hər şeyi və həmən istəyirlər, halbuki öz zamanlarını səbrlə gözləməli və o vaxtın gəlməsi üçün inadla çalışmalıydılar.

Vaxtında zirvədə olmayanların sayı nə qədərdir - bilinmir. Onlar indi haradadır? Ən yaxşı halda qəzetlərdə, telekanallarda, agentliklərdə və ya radiostansiyalarda işləyirlər.

Ya da QHT-lərdə qrantoyedliklə məşğuldur.

Səbr, zaman və gərgin iş. Gerçəkdən də, çox güclü formuldur.

Tarix dünya harmoniyasının ideal misalıdır və o, yeganə mümkün ssenari üzrə inkişaf edir. Yerdə qalan ssenarilərin hamısı anlamsız, qeyri-harmonik və absurddur ona görə ki, baş tutmayıblar.

Harmoniyanın əsas qanunu isə belədir: mübarizədə ən güclü qalib gəlir.

Həmin qələbələrin sıralanması da harmonik inkişafdır.

Gəlin bu gün, mənim rüşvətxor obrazında olduğum bu 10 dəqiqə ərzində güclünün yox, ən vicdanlı, ədalətli və savadlının qələbəsini təmin edək. Faciəyə birbaşa yol olardı.

Çünki ən vicdanlı adam idarə etmək məcburiyyətində qaldığı tufanların öhdəsindən gələ bilməyəcək. Bütün strukturu alt-üst edəcək, onun da altında adamlar, ailələr, buradakı kəlləmayallaq sivilizasiya qalacaq.

Bizim insanların, torpağına yalnız Günəş ziyası düşdüyü ölkədə özlərini ziyalı adlandıran adamların ən böyük faciəsi budur ki, harmoniyanın nədənsə ağ, yumşaq və gözəl nəsnədən törəndiyini düşünürlər.

Əslində vicdan və ya harmoniya ən müxtəlif təbii proseslərin, o cümlədən abstrakt və tösmərək insan şüuruna çirkin və utanılası nəsnələrin törəməsidir.

Çünki doğru qərarlar keyfiyyətli polad, yaxşı tikinti materialları və dahi mətnlər təki məhsuldur. Əgər Azərbaycanda ən yüksək vəzifəli adamlardan tutmuş, ən aşağı pillədəki şəxs rüşvət verib pul almasa iqtisadiyyatımız alt-üst olar.

Maraqların təminatı sistemi çökəcək, biznes çaşıb qalacaq, olmayan iqtisadiyyatımız ciyərinin altına yumruq zərbəsi alacaq.

Rüşvətxor olduğum dəqiqələr boşuna keçdi.

Nə rüşvət verdim, nə də ala bildim.

Əslində belədir, hamımız könüllü və ya məcburi rüşvət almayanlarıq.


Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha