Reklam verin!
May 17, 2008 14:32 tarixində, Mahatma tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)      Baxış sayı:52
Onun məqsədi korporasiyanın rəhbərliyinin dəyişməsinə nail olmaqş və "Yahoo boss'silə danışıqların bərpasına nail olmaqdır.

"Yahoo!"nun rəhbərliyi isə hələ də korporasiyanı "Microsoft"a satmaq istəməyərək "Google" ilə birləşmək planlarını müzakirə edir.

62 yaşlı iş adamı, "Blockbuster" şirkətinin sahibi və $14 milyardlıq varidatla dünyanın ən zəngin adamları arasında 46-cı yeri tutan Karl İkan $50 milyon verərək "Yahoo!"nun səhmlərinin 3,6%-ni satın alıb. Bundan dərhal sonra korporasiyanın qiymətli kağızları 4,6% bahalaşıb.

yahoo

"Thomson Financial" bildirir ki, "Yahoo!"nun "Microsoft"a satılması ilə bağlı danışıqların davam etdirilməsi üçün K.İkan axtarış portalının direktorlar şurasının heyətinin yenidən seçilməsi və dəyişdirilməsi üçün əlindən gələni edəcək.

Xatırladaq ki, "Microsoft" axtarış portalının bazar qiymətindən 60% artıq olan $42,5 milyard verməyə hazır olduğunu bəyan etsə də, "Yahoo!" rəhbərliyi təklifi rədd etmişdi. Bu isə səhmdarların qəzəbinə səbəb olmuş, onların bəziləri rəhbərlikdən yan keçərək "Microsoft"la danışıqlara başlamağa hazır olduqlarını demişdilər.

Sonradan "Microsoft" təklifini $47,5 milyard və ya "Yahoo!"nun hər səhmi üçün $33-ə qaldırsa da, axtarış portalının icraçı direktoru Cerri Yanq hər səhm üçün ən azı $37 veriləcəyi təqdirdə danışıqları davam etdirəcəyini deyib.

"Microsoft" bu ayın əvvəlində təklifindən vaz keçdiyini desə də, bu, Bill Geytsin korporasiyanın "Yahoo!"nu almaq istəməməsi demək deyil.

"Bilirsinizmi, "Yahoo!" hər səhm üçün $33 təklifinə razılaşaraq yenidən danışıqlara qayıda bilər. Əminik ki, "Yahoo!" fikrini dəyişəcək", - "Microsoft"un nümayəndəsi Kreyq Mandi "MarketWatch"a bildirib.


Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha